Dekabrın 27-də 2018-ci il tarixində Balakən rayon Qabaqçöl qəsəbə Şərif kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən sevgisi, vətəndaşlıq borcu” adlı layihəsi çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva, Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi – psixoloqu Aynur Omarova müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır və gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Ölkədə baş verən bütün proseslərin mərkəzində dayanan gənclərin adət-ənənələr, milli dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsi uğruna çalışması nəhayət müəyyən amala bağlanması zərərli vərdişlərdən uzaq olması üçün əsas şərt olduğunu qeyd edib.
Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verərək vurğulayıb ki, dini icmalara təqdim edilmiş layihələr dövlətin dinə və dindarlara olan qayğısının təzahürüdür.
Sonda çıxış edən Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi – psixoloqu Aynur Omarova zərərli vərdişlərin yaranma səbəbləri və onlara qarşı mübarizə yolları haqqında məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.