"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şəmkirdə “İslamda vətən sevgisi” mövzusunda tədbir keçirilib.

Dekabrın 26-da Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəmkir rayon ”Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlər ölməz,vətən bölünməz”  layihəsi  çərçivəsində  Düyərli kənd 1 sayılı tam orta məktəbində “İslamda vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə  şöbənin müdir müavini –dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir rayon  “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev və məktəbin müəllim, şagird kollektivi iştirak ediblər
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev mövzuda ətraflı çıxış edərək torpaq və vətən anlayışlarının mahiyyətini və bu yöndə məktəbin rolunu vurğulayıb. 
Daha sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə  şöbənin müdir müavini –dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev İslamda şəhidlliyin gənclərə düzgün izah olunmasının vacibliyini və bu işdə ailə-məktəb münasibətlərinin əhəmiyyətindən bəhs edib. Tədbirdə çıxış edən Şəmkir rayon  “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün elm xadimlərinin, xüsusilə ziyalıların, müəllimlərin, valideynlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, dövlətimizin dini dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə daim hörmətlə yanaşdığını bildirib. Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 27-12-2018, 11:00 eye 837 eye Paylaş