Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qəbələ rayon Soltannuxa kənd Cümə məscidi dini icmasının təşkilatçılığı ilə Qəbələ rayonu Böyük Pirəlli kəndində “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir?“ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Soltannuxa kənd Cümə məscidi dini icmasin sədri Seymur Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov, Qəbələ Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, Qəbələ rayonu Böyük Pirəlli kənd icra nümayəndəsi Məzahir Şabanov və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Soltannuxa kənd Cümə məscidi dini icmasin sədri Seymur Mahmudov mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, məktəblərdə keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov vurğulayıb ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.
Qəbələ Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının bu gün daha çox aktual olduğunu vurğulayıb.
Böyük Pirəlli kənd icra nümayəndəsi Şabanov Məzahir çıxış edərək bildirib ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərd yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edə folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.