"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib

Dekabrın 25-də Balakən rayon Gənclər evində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən şəhəri Mərkəzi Cümə məscidinin təşkilatçılığı ilə “Dini maarifləndirmə-möhvumata və xurafata qarşı” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib. 
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Ləman Balayeva, Balakən rayon Gənclər və İdman idarəsinin rəisi Rasim Paçalov, Balakən RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova, QMİ-nin bölgə qazısı İbrahim İbrahimov, Balakən şəhəri Mərkəzi Cümə məscidi dini icmasının sədri Elşən Poladov və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov qeyd edib ki, zərərli vərdişlər bütövlükdə  cəmiyyətin problemi və reallığıdır, onlara qarşı laqeyd olmaq deyil mübarizə aparmaq lazımdır. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinə bu cür tədbirləri ərsəyə gətirdikləri üçün  təşəkkür edib, dini radikalizm əsrimizin ən böyük problemlərindən birinə çevrildiyi bir zamanda Azərbaycan xalqının multikulturalizm və tolerantlıq kimi çoxəsrlik ənənəni, mənəvi dəyərləri qoruyub saxlaması ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət-din siyasətinin nəticəsidir və bu gün həyata keçirilən bu siyasət bir çox ölkə və region ölkələri üçün nümunədir. 
Daha sonra çıxış edən Balakən rayon Qazısı İbrahim İbrahimov mənəvi dəyərlərin dinimizin ayrılmaz tərkib hissəsi olduğunu  və İslam dinində anaya hörmət,Vətənə sevgi müqəddəs hesab edildiyini vurğulayıb. 
Balakən RİH başçısı yanında  yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova zərərli vərdişlər, spirtli içki , tütün və narkotik maddələrin istifadəsinin fəsadları haqqında çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 27-12-2018, 10:41 eye 712 eye Paylaş