"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Hacıqabulda "Vətənpərvərlik ana laylalarıyla başlayır" maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Hacıqabul rayon Muğan qəsəbəsi tam orta məktəbində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində "Vətənpərvərlik ana laylalarıyla başlayır" maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Mürşüd Razyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Natiq Əhmədov, Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Züfüqarov, müəllim və məktəblilər iştirak ediblər.           
“Cümə” məscidi dini icma sədri Gülqardaş Zülfüqarov tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. Ardınca vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi sahəsindən bəhs edib. Vətənə sadiq qalmaq və vətənpərvər olmağın hər kəsin müqəddəs borcu olduğunu qeyd edib.  
DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Mürşüd Rzayev çıxışında vətən və ana haqqında geniş mühazirə edib. Bildirib ki, vətənə xidmət anaya xidmət deməkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 21-12-2018, 17:52 eye 947 eye Paylaş