"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə növbəti maarifləndirici tədbir keçirilib

Dekabrın 22-də Balakən rayonu Qabaqçöl qəsəbə məscidində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətən sevgisi, vətəndaşlıq borcu” adlı layihə çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Balakən rayon Qazısı İbrahim İbrahimov, Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, Balakən rayonu Qabaqçöl qəsəbə məscidinin imamı Məhəmməd Xutrayev və qəsəbə ictimaiyyəti iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Balakən RİH-nin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxışında Vətən sevgisinin insan həyatında ən yüksək, ülvi hiss olduğunu bildirib. Natiq vətənin inkişafı və tərəqqısi naminə çalışmaq və vətəni qorumağın hər bir Azərbaycan   vətəndaşının müqəddəs borcu olduğunu qeyd edib. 
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini vurğulayıb. Azərbaycan multikulturalizmindən və   tolerantlığından bəhs edən A.Məcidzadə vətənimiz Azərbaycanı, dövlət və dövlətçiliyimizi qorumağın vəzifə olaraq  hər bir   vətəndaşın  üzərinə düşdüyünü qeyd edib. Xarici mərkəzlərdən idarə olunan və din pərdəsi altında müxtəlif radikal dini qrupların ideologiyasını ölkədə yaymağa cəhdlər edən, ölkədə sabitliyi, vətəndaş həmrəyliyini  pozmağa  çalışan destruktiv dini radikal və kriminal elementlərin fəaliyyətindən bəhs edən natiq onların qarşısının dövlətimiz tərəfindən alındığını qeyd edib. Gəncləri yad təsirlərdən qorumaq üçün onları mənəvi dəyərlərə bağlı yetişdirilməsinin və gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsinin  zəruriliyini bildirib. 
Balakən rayon Qazısı İbrahim İbrahimov İslam dinində vətən sevgisinin, vətəni qorumağın müqəddəsliyi barədə söylənilən fikirlərdən bəhs etdib, vətən uğrunda, dövlət uğrunda həyatlarını qurban vermiş şəhid və qəhrəman  gənclərimizdən, şəhidlik zirvəsindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında müasir qloballaşma dövründə mədəniyyətlərin inteqrasiyası zamanı xalqımızın minillərlə formalaşdırdığı mənəvi dəyərlər sisteminin qorunub saxlanılması, gənc nəslin mənəvi dəyərlər və adət-ənənələr üzərində yetişdirilməsi uğurlu gələcəyin zəmanəti oduğunu qeyd edib. Mənəvi dəyərlərini itirmiş, adət-ənənələri bilməyən gənclərin dini radikalizmin təsiri altına düşməsi ehtimalının böyük olduğunu bildirərək gəncləri mənəvi dəyərlərə sadiq, vətənə sevgi, ümumbəşəri  dəyərlərə hörmət hissi ilə yetişdirilməsinin vacibliyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

calendar 22-12-2018, 17:49 eye 712 eye Paylaş