Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin və adət-ənənələrin gənclər arasında düzgün təbliği” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Vüsal Hüseynli, Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icma sədri Vaqif Xəlilov, Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov, Xaldan kənd “Cümə” məscidi dini icmasının təsisçilərindən olan Rza İsmayılov, ziyalılar, gənclər və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Vüsal Hüseynli zərərli vərdişlərlə mübarizədə ilk növbədə milli dəyərlərimizə sadiq qalmağın vacibliyini vurğulayaraq, xüsusilə gəncləri zərərli dini cərəyanlardan qorumaq üçün, onların təhsil almalarının və milli-mənəvi dəyərlərimiz timsalında ailədə və məktəbdə yetişdirilməsinin zəruriyyətini diqqətə çatdırıb. Bununla yanaşı, radikal və ekstremist qrupların hədəf olaraq seçdiyi şəxslərin əksəriyyətinin ali təhsilsiz, işsiz, bir fərd olaraq özünü cəmiyyət arasında təsdiq edə bilməyən gənclər olduğunu təəssüf hissi ilə bildirən Vüsal Hüseynli, zərərli vərdişlərlə mübarizədə, eyni zamanda, yad təsirlərə məruz qalmamaq üçün, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimzin qalxan rolunu oynadığını qeyd edib.
Tədbirdə çıxış edən Yevlax rayonu Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, xüsusilə gənclərin milli ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. Zərərli vərdişlərlə mübarizədə hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Vaqif Xəlilov mövzu ətafında geniş çıxış edib.
Daha sonra tədbirdə çıxış edən Yevlax rayonu Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov və Xaldan kənd “Cümə” məscidi dini icma təsisçilərindən biri olan Rza İsmayılov mözunun aktuallığından və dövlətimizin İslam dininə, eləcə də dindarlara qayğısından bəhs edib. Bununla yanaşı, zərərli vərdişlərlə mübairzədə maarifləndirmə tədbirlərinin başlıca amillərdən biri olduğu, xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq qaldığı bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.