"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Dövlət Komitəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

calendar 10-05-2025, 09:21 eye 22 eye Paylaş