"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zaqatalada Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə maarifləndirmə tədbirləri keçirilir

Dekabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zaqatala rayonu Sumaylı kənd dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlərimiz həmrəyliyimizin təminatçısıdır” adlı layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialında “İslamda vəhdət anlayışı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli, Zaqatala rayonu Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov, ADİU-nun Zaqatala filialının direktoru Orucəli Rzayev, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADİU-nin Zaqatala filialının direktoru Orucəli Rzayev Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği ilə bağlı keçirilən tədbirin müasir zamanda aktuallığınının əhəmiyyətindən danışıb. 
Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov çıxışında layihə barədə məlumat verərək dini icmalara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Natiq Azərbaycanda  həmrəyliyin təminatçısı olan mənəvi dəyərlərdən söhbət açıb, gənclərə qədim dövrlərdən formalaşmış xalqımızın adət-ənənələrinin qorunub saxlanılmasının vacibliyini və əhəmiyyətini vurğulayıb. 
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında xalqımızın zəngin mənəvi dəyərlərindən söhbət açmış, onların qorunub saxlanılmasının vacibliyindən danışmışdır.
DTX-nın Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli tədbir iştirakçılarına vətəndaşların dini radikal qrupların və qeyri-ənənəvi dini cərəyanların zərərli fəaliyyəti və dini radikalizmin yayılmasına qarşı aparılan mübarizə tədbirləri və qanunvericilik aktları və zərərli radikal dini cərəyanlarla mübarizənin aparılması barədə ətraflı məlumat verib. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini qeyd etmiş, ölkədə milli birlik, vətəndaş həmrəyliyi, xalq və iqtidar vəhdətinin təmin edildiyini bildirmişdir. Qədim dövrlərdən multikulturalizmin və tolerantliğin bərqərar olduğu Azərbaycanın dünyanın bir çox ölkəsinə nümunə olduğunu diqqətə çatdıran natiq Vətənimizin  mədəniyətlər və dinlərarası birliyin, sülhün carçısı olduğunundan bəhs edib. Mənəvi dəyərlərin yaşadılmasında və həmrəyliyin əldə olunmasında Vətən sevgisinin dayandığından söz açaraq müasir Azərbaycan gəncliyinin nailiyyətlərindən danışıb. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 19-12-2018, 12:16 eye 820 eye Paylaş