"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zaqatalada “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi  və Üçüncü Tala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihə çərçivəsində Zaqatala rayonu Üçüncü Tala kəndində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda  maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısının Üçüncü Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ülviyyə Mahmudova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının sədri Hudul Dadalov  və  Üçüncü Tala kənd ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısının Üçüncü Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ülviyyə Mahmudova maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulamış, mənəvi dəyərlərin gənc nəslin yetişdirilməsində və gənclərə Vətənpərvərlik ruhunun aşılanmasındakı rolundan danışıb. 
Üçüncü Tala kənd məscidi dini icmasının sədri Hudul Dadalov çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdikləri layihə barədə ətraflı məlumat vermiş, dini icmalara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. 
Zaqatala RİH əməkdaşı Ramin Həsənov mənəvi dəyərlərin qorunmasından danışaraq Azərbaycan xalqının tarix boyu mənəvi dəyərlərinə sadiq qaldığını bildirmiş, adət-ənənələrini qoruyub saxladığını qeyd etmiş, gənclər arasında  Vətənpərvərlik ruhunun yüksəldilməsinin  vacibliyini qeyd edib. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdiyini qeyd etmiş, Azərbaycanda mövcud olan multikulturalizm dövlət siyasəti və qədim tolerantlıq ənənələrindən  danışmış və Azərbaycandakı dövlət-din modelinin dünya ölkələrinin bir çoxuna nümunə olduğunu diqqətə çatdırmışdır.
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev  gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində İslam dəyərlərindən bəhs etmiş,  gənclərin təhsilə və elmə maraqlarının artırılmasının vacibliyini bildirmişdir. 
Tədbirin sonunda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

calendar 20-12-2018, 12:15 eye 934 eye Paylaş