"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Türkiyənin İğdır şəhərində iftar mərasimi təşkil edilib.

Martın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə İğdırda iftar mərasimi təşkil edilib. 
Mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, İğdır Qeyri Hökumət Təşkilatlarının (dərnəklər) üzvləri, İğdır Universitetinin rəhbərliyi,  diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər. 

calendar 12-03-2025, 12:17 eye 49 eye Paylaş