Martın 12-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qars şəhərində iftar mərasimi təşkil edilib.
Mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Qars Qeyri Hökumət Təşkilatlarının (dərnəklər) üzvləri, Qars Qafqaz Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər.