"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda “Mənəvi dəyərlər və müasirlik“ mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 20-də Oğuz rayonu Xaçmaz kənd 3 saylı ümumi orta məktəbdə, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Xaçmaz kənd “Cümə “ məscidi dini icmasının təşkilatçılığı ilə “Günümüzün əsas ehtiyacı – Vəhdət “ adlı layihəsi çərçivəsində “Mənəvi dəyərlər və müasirlik“ mövzusunda maarifləndirici tədbir keçirilib.  
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səlahəddin Usubov  mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq məktəblərdə keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov vurğulayıb ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. 
Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı çıxış edərək DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli – mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi vətəndaşlarımızda, xüsusəndə dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılması üçün  son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin razılığını qazandığını bildirib. Bu baxımdan, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yerlərdə, idarə və təhsil ocaqlarında milli – mənəvi dəyərlərlə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb etdiyi diqqətlərə çatdırılıb. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

calendar 20-12-2018, 12:12 eye 1 359 eye Paylaş