"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar çərçivəsində mediaturlar təşkil edilib

23-24 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar çərçivəsində mediaturlar təşkil edilib.
Sentyabrın 23-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının bələdçiliyi ilə Şuşa qala divarı-Gəncə qapısı, Tutbağı, Xanqızı bulağı, X.Natəvanın imarəti və yanındakı digər tarixi mülklər, Güllələnmiş heykəllər, Cıdır düzü, M.P.Vaqifin muzey məqbərəsinə,  24 sentyabr tarixində isə Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti, eyni zamanda Ağdam Cümə məscidi və “İmarət” Kompleksinə mediaturlar baş tutub.

calendar 25-09-2024, 13:21 eye 97 eye Paylaş