Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhəri "İmamzadə ziyarətgah" məscidi dini icmasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Həmçinin mərasimin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs "Qurani-Kərim" kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.