"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qubada “Milli-mənəvi dəyərlərimizin qorunmasında ibadət yerlərinin rolu” layihəsi çərçivəsində tədbirlər davam edir

Dekabrın 20-də Quba rayonunun Dağlı kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında ibadət yerlərinin rolu” adlı layihə çərçivəsində tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, Dağlı kənd tam orta məktəbinin direktoru Niyazi Rzayev, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev giriş sözü ilə çıxış edərək bilidirib ki, mənəvi dəyərlərin təbliğində ibadət yerlərinin mövqeyi xüsusi qeyd olunmalıdır. Natiq qeyd edib ki, bu məsələdə gənc nəsil yaddan çıxarılmamalı, onların ənənəvi adət-ənənələrə sədaqət ruhunda yetişdirilməsinə nail olunmalıdır.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təşkil edir. Belə ki, burada təkcə bir xalqın və yaxud bir dinə sitayiş edən insanlar toplumu deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar, etnik qrup nümayəndələri əsrlər boyu bərabər və qardaşlıq şəklində yaşayıblar. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda mənəvi dəyər kimi tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün təminatında böyük rol oynayır. Azərbaycanda mövcud olan ibadət yerləri mənəvi dəyərlərimizin təbliği və qorunmasında mühüm əhəmiyyətə malikdir.
Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov gənclərin mənəvi tərbiyəsində dövlətin təhsil siyasətini önə çəkərək qeyd etdi ki, milli-mənəvi dəyərlərin təhsil sistemində düzgün şəkildə gənc nəslə çatıdırılması təqdirəlayiq haldır.   
Quba rayonu Dağlı kəndi tam orta məktəbinin direktoru Niyazi Rzayev çıxış edərək  bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək xüsusilə gənclərin məlumatlandırılmasına diqqəti çəkib.
Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev mövzu ilə bağlı çıxış edərək DQİDK-nın tərkibində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini icmalara verilmiş layihələr əhalinin düzgün maarifləndirilməsinə kömək etdiyini diqqətlərə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, dini maarifləndirmə ədəbiyyatları paylanılıb. 

calendar 20-12-2018, 12:08 eye 1 035 eye Paylaş