"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakı şəhərində Fondun maliyyə dəstəyi ilə iftar süfrəsi açılıb

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Xəzər Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu "İmam Həsən" məscidi dini icmasının birgə təşkilatçılığı ilə Xəzər rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib. 
Həmçinin mərasimin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs "Qurani-Kərim" kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.

calendar 9-04-2024, 09:51 eye 262 eye Paylaş