"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Masallıda “Azərbaycançılığın təbliğində din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 20-də 2018-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə “Gəncləri radikal dini cəryanlardan qoruyaq” adlı layihə çərçivəsində “Azərbaycançılığın təbliğində din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Boradigah  qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev, icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov  bildirib ki, Azərbaycançılıq - ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnmək şərtilə öz milli mentallığını, öz milli kimliyini qoruyub saxlamaqdır.
Boradigah  qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev çıxışında  Azərbaycançılıq ideoloji konsepsiyasında əsas xüsusiyyətlər kimi dövlətçilik, dövlətçiliyi və xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparmaq işində hər birimizin, həmçinin din xadimlərinin fəaliyyətini xüsusi vurğulayıb.
Şöbənin əməkdaşı Ayıq Səmədov, din xadimi Rəşid Talıbov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşdürərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.

calendar 20-12-2018, 11:53 eye 735 eye Paylaş