"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Lerik rayonunda "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir baş tutub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Lerik rayonunda baş tutub. 
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Region gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan adıçəkilən layihənin qonağı ilahiyyat üzrə fəlsəfə doktoru, yazıçı-publisist, din psixologiyası üzrə mütəxəssis Eldar Kərimov olub.
Seminarın sonunda Fondun nəşr etdirdiyi ədəbiyyatlar iştirakçılara paylanılıb.

calendar 6-12-2023, 14:31 eye 367 eye Paylaş