Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Biləsuvar bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, ilahiyyat üzrə fəlsəfə doktoru, din psixologiyası üzrə mütəxəssis Eldar Kərimov, din xadimləri, dini icma sədrləri iştirak edib.
Seminarda i.f.d Eldar Kərimovun geniş məruzəsi dinlənilib. O öz çıxışında dövlət-din münasibətləri, qloballaşan dünyada milli kimlik və doğru dini düşüncənin zəruriliyi haqqında danışıb.
Həmçinin müasir dünyada internet və sosial şəbəkələrin insan psixologiyasına təsirinə diqqət çəkərək dini təbliğ mühitində də bu tendensiyanın nəzərə alınmasını vurğulayıb.
Seminarda Fondun sifarişi əsasında hazırlanan "Azərbaycanın din alimləri" sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanılıb.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.