"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib

Noyabrın 29-da Cəlilabad rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Cəlilabadda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Yarışda qalib gələn Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin "Boz qurd" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub. 
Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışlar keçirilib və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

calendar 30-11-2023, 09:34 eye 183 eye Paylaş