"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Lerikdə növbəti maarifləndirici tədbir keçirilib.

Dekabrın 20-də Lerik rayonun Rahid Həsənov adına Bırkandul kənd ümumi orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam Həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Azər Həsənov, Emin Həmidli, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini Ceyhun Həsənov, məktəbin direktoru Abbas Səfərov, icma sədri Şəfaət Heydərov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bırkandul kənd ümumi orta məktəbinin direktoru Abbas Səfərov çıxışında mövzunun aktuallığını vurğulayaraq, keçirilən tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O, bu ənənələrin milli-mənəvi dəyərlərimiz və xalqımızın dünyagörüşündən qaynaqlandığını vurğulayıb. 
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında ölkəmizin  İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edərək, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin, İslam həmrəyliyinin qorunub saxlanılmasının   və gələcək nəsillərə ötürülüməsinin vacibliyini vurğulayıb.
Lerik RİH başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini Ceyhun Həsənov, icma sədri Şəfaət Heydərov, məktəbin müəllimi Nəsrəddin Hüseynov və digərləri mövzu ətrafında çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 20-12-2018, 11:49 eye 896 eye Paylaş