"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bərdədə "Din və həmrəylik" mövzusunda üçgünlük seminar davam edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə rayonunda "Din və həmrəylik" mövzusunda üçgünlük seminar davam edir. 
Noyabrın 21-də seminar çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun prorektoru  Mirniyaz Mürsəlovun "Azərbaycanda dini mühit: reallıqlar və perspektivlər" mövzusunda mühazirəsi dinlənilib.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, Bərdə rayonundan olan din xadimləri ilə yanaşı, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan din xadimlərinin də iştirak etdiyi və 20-22 noyabr tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Bərdə rayonunun tarixi-dini, mədəni abidələrinin ziyarəti, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

calendar 21-11-2023, 16:03 eye 284 eye Paylaş