Dekabr 20-də İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar təmayüllü məktəb-liseyində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə "Gənc nəslin tərbiyəsində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” layihəsi çərçivəsində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elbəy Dəmirov, Elvin İbrahimov, İmişli rayon Xoşçobanlı kənd məscidi dini dini icmasının sədri Bayram Nuruşov, İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar təmayüllü məktəb-liseyin direktoru A.Mövsümov, həmin məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. Tarixən öz mənəvi dəyərlərinə və adət-ənənələrinə sadiq qalan Azərbaycan xalqının dünya miqyasında öz mənəvi dəyərləri ilə örnək olduğunu qeyd edən icma sədri, gənclərimizin milli dəyərlərimiz, adət-ənənələrimiz çərçivəsində düzgün maarifləndirilməsini və bu kimi maarifləndirici tədbirlərin vacibliyini qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximixi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın hər bir azərbaycanlının müqəddəs mənəvi borcu olduğunu qeyd edərək, milli-mənəvi dəyərlərimizin minillkilər boyu formalaşdığını, tarixi kökə malik olduğunu və vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malik olduğunu bildirib.
İmişli şəhər N. Nərimanov adına 1 saylı humanitar təmayüllü məktəb-liseyin direktoru A. Mövsümov milli-mənəvi və dini dəyərlərimizin qorunması, vətənpərvərlik prinsiplərinin təbliğində gənclərin üzərinə düşən mühüm vəzifələrdən, eləcədə milli mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin keçirilməsinin vacibliyindən danışıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK tərəfindən nəşr edilən ədəbiyyatlar paylanılıb.