Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 14-16 noyabr tarixlərində Sabirabad rayonunda region gəncləri üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə həyata keçirilən "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" layihəsinin bağlanış mərasimi baş tutub.
Tədbirdə layihə çərçivəsində icra edilən "Dəyərlərimizi öyrənək" adlı intellektual yarışın qalibləri mükafatlandırılıb.