"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Saatlıda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar keçirilib

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Saatlıda din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib. 
Seminarı giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Quliyeva Bəyim tədbirin əhəmiyyətindən söhbət açıb və milli-mənəvi dəyərlərimizin daim diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb. 
Daha sonra çıxış edən Fondun şöbə müdiri Rəşid Paşalı ölkəmizdəki dövlət-din münasibətlərinin dərin milli-tarixi ənənəyə əsaslandığını və bu istiqamətdə müvafiq dövlət təsisatlarının ardıcıl, eləcə də uğurlu fəaliyyətinin əhəmiyyətli dərəcədə rola malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dekan müavini, dosent Asəf Qənbərov 21-ci əsrdə müasir çağırışların yaratdığı tendensiyalara toxunaraq dini fəaliyyətin yalnız tarixən mövcud olan ənənələr üzərində dayanıqlı qalmasının vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov bölgədəki din xadimlərinin və dini icmaların fəaliyyətini müsbət qiymətləndirib. 
Seminarda Fondun sifarişi əsasında hazırlanan "Azərbaycanın din alimləri" sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanılıb.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

calendar 13-11-2023, 15:11 eye 244 eye Paylaş