"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 20-də Balakən rayonu Qabaqçöl qəsəbə Xalatala kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən sevgisi, vətəndaşlıq borcu” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” adlı maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Ləman Balayeva, Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova, Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, “Gənclər Evi”   sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı qurmaq əzmindədir.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Ləman Balayeva qeyd edib ki, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq və ona görə də bacardığımız qədər Vətənin adını uca tutmalı, öz nailiyyətlərimizlə hər kəsi buna vadar etməliyik. 
Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova milli-mənəvi dəyərlərə sahib çıxmaq, onlara hörmətlə yanaşmaq  gənclərdə Vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. 
Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, Azəbaycan gənclərinin istər təhsil sahəsində, istərsə də idman sahəsində yüksək nailiyyətlər qazandığını və onların sədalarının xarici ölkələrdən gəldiyini vurğulayıb. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 20-12-2018, 11:46 eye 1 021 eye Paylaş