"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində baş tutub

02.11.2023-cü il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində baş tutub. 
Region gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan adıçəkilən layihənin qonağı Azərbaycanlı yazıçı, jurnalist, nasir, "Multikulturalizm" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxri Uğurlu olub.
Fond tərəfindən ilin sonuna kimi müxtəlif bölgələrdə "Ziyalı nəsihəti" layihəsinin davam etdirilməsi planlaşdırılır.

calendar 2-11-2023, 13:12 eye 204 eye Paylaş