"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Naxçıvanda "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" mövzusunda üçgünlük seminar davam edir

Oktyabrın 27-də "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" mövzusunda seminarın ikinci günündə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Məcid Seyidovun mühazirəsi dinlənilib. 
M. Seyidov Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin banisi olduğunu diqqətə çatdıraraq bu gün bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə almalı, milli-mənəvi dəyərlərinə bağlı olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi tarixi qələbələrə diqqət çəkən M. Seyidov gənclərin bu qələbələri daha da möhkəmləndirmək üçün çalışmalı olduğunu vurğulayıb. 
Mühazirədən sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb. 
Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanan "Heydər Əliyev və azərbaycançılıq" filmi nümayiş etdirilib.

calendar 27-10-2023, 11:42 eye 328 eye Paylaş