"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cənub bölgəsində Fondun dəstəyi ilə maarifləndirici tədbirlər davam edir

Dekabrın 20-də Astara rayonu Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəbində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Astara rayon İcra Hakimiyyəti (RİH) başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov, məktəbin direktoru Şölə Əhmədova, icma sədri Hüseynxan İsayev, müəllimlər və şagirdlər iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Kakalos kənd tam orta məktəbin direktoru Şölə Əhmədova çıxışında məktəbdə bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təkan verəcəyini bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məslətəhçisi Turan Həsənzadə çıxışında gənc nəslin vətənpərvərlik tərbiyəsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu və dövlətin buna xüsusi diqqət ayırdığını qeyd edib. T.Həsənzadə gənclərin dini radikalizmdən və zərərli vərdişlərdən uzaq olması, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Astara RİH başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov ölkəmizin bütün dinlərə bərabər yanaşdığını, xalqımızın tolerantlığa və multikulturalizmə söykənən milli-mənəvi dəyərlərinin olduğunu vurğulayıb. Natiq gəncləri xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sadiq olmağa çağırıb.
İcma sədri Hüseynxan İsayev və məktəbin müəllimi Cəmil Hüseynov bu səpkidə keçirilən tədbirlərin gənclərin mənəvi dünyasını daha da zənginləşdirəcəyinə, vətənpərvər ruhda böyümələrində yardımçı olacağını bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 20-12-2018, 11:45 eye 771 eye Paylaş