Oktyabrın 25-də Naxçıvanda keçirilən "Din və həmrəylik" mövzusunda üçgünlük seminarın bağlanış mərasimi olub.
Tədbirdə seminar iştirakçıları öz təkliflərini səsləndirib, seminarın təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Bakı şəhəri və Naxçıvandan olan din xadimlərinin iştirakı ilə 23-25 oktyabr tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Naxçıvanın dini-tarixi abidələri ziyarət edilib, həmçinin birgə namazın qılınıb, ekspertlər tərəfindən mühazirələr dinlənilib.