Dekabrın 18-də Qazaxın Çaylı kənd 1 saylı tam orta məktəbdə Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qazax rayon Çaylı kəndi “Səxavət” məscidi dini icmasının təşkilatçılığı ilə “İslamda şəhidlik zirvəsi” adlı layihəsi çərçivəsində “Torpaq uğurunda ölən varsa vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Pərvin Zeynalov, Qazax rayonu üzrə əməkdaşı Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyətində (RİH) ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Gənclər İdan idarəsinin rəisi Vüqar Nəbiyev, məktəbin direktoru İsmayılova Çəməngül və məktəbin müəllim, şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qazax RİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov bu mövzuda ətraflı çıxış edərək torpaq və vətən anlayışlarının mahiyyətini və bu yöndə məktəbin rolunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev İslamda şəhidlliyin gənclərə düzgün izah olunmasının vacibliyini və bu işdə ailə-məktəb münasibətlərinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən məktəbin direktoru İsmayılova Çəməngül milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün elm xadimlərinin, xüsusilə ziyalıların, müəllimlərin, valideynlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, dövlətimizin dini dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə daim hörmətlə yanaşdığını bildirib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.