Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Astarada din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini Qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev Astara rayonunda dini sahədəki ümumi vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Fondun aparıcı məsləhətçisi Elgiz İmanlı bildirib ki, ölkəmizdə mənəvi dəyərlərin və onun tərkib hissəsi olan dini dəyərlərin sağlam müstəvidə təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir.
İlahiyyatçı jurnalist Tural İrfan ölkəmizdə mövcud olan tolerantlığın və vəhdətin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, dini-mənəvi sahədə həyata keçirilən dövlət siyasəti haqqında fikirlərini bölüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Astarada fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin fəaliyyəti haqqında danışıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayindəsi İlqar Həsənli Astara rayonunda din xadimlərinə olan xüsusi diqqət üçün tədbir təşkilatçılarına təşəkkür etmişdir.
Seminarda Fondun sifarişi əsasında hazırlanan “Azərbaycanın din alimləri” sənədli filmi nümayiş olunub.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.