"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

"Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” layihəsi çərçivəsində tədbir keçirilib

Oktyabrın 3-də 189-190 saylı tam orta məktəbdə, 4-də isə 236 saylı tam orta məktəbdə "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aslan Sultanov və DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı, eləcə də Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov, "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev dini fanatizm, radikalizm və ekstermizmlə mübarizə haqqında çıxış ediblər. 
Daha sonra şagirdlərin sualları cavablandırılıb. Bütün tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

calendar 6-10-2023, 13:44 eye 319 eye Paylaş