Dekabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Ayıq Səmədov, Kamil Bağırov, Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasınin sədri Cəbrayıl Məmmədov, Masallı şəhəri İsbəndiyar Zülalov adına 5 saylı tam orta məktəbindirektoru Cəsarət Həmidov, müəllim və şagirdlər iştirak ediblər.
Masallı şəhəri İsbəndiyar Zülalov adına 5 saylı tam orta məktəbindirektoru Cəsarət Həmidov tədbiri giriş sözü ilə açaraq, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin müasir həyatımızdakı rolu və əhəmiyyəti barədə danışıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayıq Səmədov bildirib ki, gənclərin milli ruhda tərbiyəsi, Azərbaycan tarixi və mədəniyyəti, adət-ənənələrimiz və dəyərlərimiz barədə biliklərini artırmalıdır.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov milli dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rolu olan mənəvi dəyərlərimizin gənclərə aşılanması, həmçinin onların dini cəhətdən maarifləndirilməsinin zəruriliyindən bəhs edib.
İcma sədri Cəbrayıl Məmmədov, məktəbin müəllimləri Zöhrə Fərzullayeva, Kamal Kazımov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirin sonunda tədbit iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.