Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Həzrət Məhəmməd Peyğəmbərin mövluduna həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərim tilavəti ilə başlayıb. Tədbirdə Həzrət Məhəmməd Peyğəmbərin bütün insanlığa örnək olan həyatı, mənəvi irsi haqqında çıxışlar edilib, həmçinin şəhidlərimizin ruhuna dualar oxunub.