Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Məşədi Dadaş” məscidi dini icmasının təşkilatçılığı ilə “Nəsimi rayonunun şəhid ailələrinə və qazilərə maddi yardım” layihəsi çərçivəsində “Məşədi Dadaş” məscidində tədbir keçirilmişdir.
Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov, şəhid ailələri və qazilər iştirak ediblər.
Layihə çərçivəsində şəhid ailələri və qazilərə maddi yardım məqsədilə alış-veriş kartları təqdim edilib.