"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Tovuzda keçirilən "Ulu Öndər: dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar öz işini davam etdirir

Sentyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ulu Öndər: dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar öz işini davam etdirib.
Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuz rayonlarından olan gənclərin iştirakı ilə keçirilən tədbirin növbəti günündə müstəqil ekspert, Tovuz rayon ziyalısı Akif Ələkbərovun məruzəsi dinlənilib. Tədbirdə həmçinin Fondun sifarişi ilə hazırlanan "Mənəviyyat çırağı - müəllim" adlı videoçarx, "Heydər Əliyev 100: mənəviyyata bağlı ömür" və "Dəyərlərimizin dastanı" adlı sənədli filmlər nümayiş olunub.
Daha sonra gənclərin iştirakı ilə "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış təşkil olunub.

calendar 13-09-2023, 19:07 eye 197 eye Paylaş