"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Hacıqabulda maarifləndirici tədbir keçirilib

Dekabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Hacıqabul rayon 2 saylı orta məktəbdə, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində "Öncə Vətən, ikinci xalq, sonra mən kəlamı hamımızın həyat amalıdır!"  adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Mürşüd Razyev, Hacıqabul rayon 2 saylı orta məktəbin direktoru Pirverdi Ələkbərov, Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Natiq Əhmədov, Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Züfüqarov, müəllim və məktəblilər iştirak ediblər.  
Tədbiri giriş nitqi ilə açan  DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında həyata keçirilən geniş fəaliyyətindən danışıb. O, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etdiyini bildirib.
Dini icma sədri Gülqardaş Zülfüqarov tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. Vətənpərvərlik işinin ölkəmizdə bu gün geniş vüsət aldığını, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldiyini, xalq ilə ordunun birliyinin, həmrəyliyinin daha da möhkəmləndiyini vurğulayıb. Qeyd olunub ki, çətin, məsuliyyətli, ancaq şərəfli, müqəddəs bir missiyanı yerinə yetirən Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsi, xalqımızın əmin-amanlığının, xoşbəxt, firavan yaşamasının etibarlı təminatçısı olaraq Vətən, xalq, dövlət qarşısında vəzifələrini layiqincə yerinə yetirir.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.

calendar 19-12-2018, 15:56 eye 687 eye Paylaş