Sentyabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Ucar rayonunda keçirilib.
Region gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan "Ziyalı nəsihəti" layihəsinin qonağı LOQOS Psixoloji Nitq və İnkişaf mərkəzinin psixoloqu Emin Səfərov olub. Maraqlı diskussiya şəklində baş tutan tədbirdə gənclərin fərdi inkişafı, valideyn-övlad münasibətləri, müasir dövrdə milli və mənəvi dəyərlərə bağlılığın əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə həmçinin iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanıb.
Fond tərəfindən ilin sonuna kimi müxtəlif bölgələrdə "Ziyalı nəsihəti" layihəsinin davam etdirilməsi planlaşdırılır.