"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Siyəzəndə din xadimləri və dini icma sədrlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar keçirilib


Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Siyəzəndə din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov Siyəzən rayonunda dini sahədəki ümumi vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov ölkəmizdə mənəvi dəyərlərin və onun tərkib hissəsi olan dini dəyərlərin sağlam müstəvidə təbliğ edilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dekan müavini, dosent Asəf Qənbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Qafqaz Müsəlmanları İdarəsinin Şabran və Siyəzən rayonları üzrə qazısı Cavanşir Əfəndiyev ölkəmizdə mövcud olan tolerantlığın və vəhdətin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, dini-mənəvi sahədə həyata keçirilən dövlət siyasəti haqqında fikirlərini bölüşüb.
Seminarda Fondun sifarişi əsasında hazırlanan “Azərbaycanın din alimləri” sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanıb.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.







calendar 7-09-2023, 08:28 eye 417 eye Paylaş