"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Sumqayıt şəhəri Corat qəsəbəsində maarifləndirici tədbir keçirilib

Dekabrın 19-da Sumqayıt şəhəri Corat qəsəbəsində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhəri Corat qəsəbə məscidinin təşkilatçılığı ilə “Milli özünüdərkimizdə İslam amili” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Corat qəsəbə məscidinin dini icma sədri Sahib Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dindarlar və qəsəbə sakinləri iştirak ediblər. 
Məscidin dini icma sədri Sahib Məmmədov ilk öncə çıxışında maarifləndirici layihələrin həyata keçirilməsinin və bu sahədə dövlət dəstəyinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, günümüzdə milli-mənəvi, dini dəyərlərimizin təbliği, milli şüurun formalaşmasında sağlam ideoloji işin aparılması olduqca vacibdir. Natiq layihə çərçivəsində görüləcək işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov tarixi faktlardan nümunələr gətirərək  dövlətçilik ənənələrimizin formalaşması və inkişafında, milli şüurun möhkəmlənməsində  İslam dini və ruhanilərimizin rolu haqqında çıxış edib. O, sağlam dini düşüncəyə sahib olan xalqımızın milli özünüdərkə sahiblənməsində İslam dininin,  xüsusilə də onun humanizm, elm və irfan prinsiplərinin çox böyük təsiri olduğunu bildirib.
Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.

calendar 19-12-2018, 15:54 eye 1 030 eye Paylaş