"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxıda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar keçirilib

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Şamaxıda din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev Şamaxı rayonunda dini sahədəki ümumi vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov bildirib ki, ölkəmizdə mənəvi dəyərlərin və onun tərkib hissəsi olan dini dəyərlərin sağlam müstəvidə təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir.
İlahiyyatçı jurnalist Tural İrfan ölkəmizdə mövcud olan tolerantlığın və vəhdətin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, dini-mənəvi sahədə həyata keçirilən dövlət siyasəti haqqında fikirlərini bölüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev Şamaxıda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin fəaliyyəti haqqında danışıb.
Seminarda Fondun sifarişi əsasında hazırlanan “Azərbaycanın din alimləri” sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanıb.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

calendar 10-08-2023, 15:02 eye 351 eye Paylaş