Fond tərəfindən gənclər üçün Şəki şəhərində həyata keçirilən "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" layihəsinin 2-ci günü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov tərəfindən "Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir" adlı mühazirə oxunub, həmçinin Şəki Xan məscidi kompleksinə, "Tarix-Diyarşünaslıq Muzeyinə", "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinə və "Karvansaray" kompleksinə ziyarət təşkil edilib.