Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda həyata keçirilən “Din və həmrəylik” layihəsinin ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun mühazirəsi dinlənilib, həmçinin Fondun sifarişi ilə hazırlanan və ölkəmizdə yaşayıb-yaratmış din alimlərimizə həsr edilən “Azərbaycanın din alimləri” adlı sənədli film nümayiş edilib.