Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 22-24 iyun tarixlərində Gəncə şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar başa çatıb. Seminarın bağlanış mərasimində iştirakçılar diplom və sertifikatlarla təltif olunub.