"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Gəncə şəhərində Gəncə və bölgə gəncləri üçün təşkil etdiyi "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihə tədbiri bu gün də davam edib

Mənəvi Dəyərlərin Təbliği Fondunun Gəncə şəhərində Gəncə və bölgə gəncləri üçün təşkil etdiyi "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihə tədbiri bu gün də davam edib.
Tədbirin 2-ci günü YAP Gəncə şəhər təşkilatında Fondun şöbə müdiri Rəşid Paşalının moderatorluğu ilə iki panel iclası baş tutub. 
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun "Heydər Əliyev və azərbaycançılıq", Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadənin "Heydər Əliyevin milli-mənəvi dəyərlərimiz inkişafında rolu" və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Ulu Öndər Heydər Əliyevin klassik ədəbi irsimizin qorunmasına verdiyi töhfələr" adlı mühazirələri dinlənilib.
İnteraktiv mühitdə keçən çıxışlarda gənclərdə maraq doğuran suallar cavablandırılıb.

calendar 23-06-2023, 17:35 eye 293 eye Paylaş