"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Beyləqanda “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabr 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Beylqan rayonu Qarallar kənd məscidi dini icmasının təşkilatçılığı ilə Beyləqan rayonu  İmamverdilər  kənd Aydın Quliyev adına tam orta məktəbində, “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” layihəsi çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici   tədbir keçirilib.
 Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi  Şəhriyar İsmiyev, DQİDK-nın İmişli  bölgəsi üzrə  şöbəsinin   müdiri  Cavanşir  Bəhrəmov, həmin  şöbənin əməkdaşı  Elvin   İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, Beylqan rayon   İmamverdilər  kənd inzibati ərazi  üzrə nümayəndəsi Şakir  Abdullayev, İmamverdilər  kənd Aydın Quliyev adına tam  orta məktəbin  direktoru   Nəzakət  Şirinova, həmin məktəbin  müəllimləri və yuxarı sinif şagirdləri    iştirak ediblər.
Tədbiri giriş sözü ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov açaraq bildirdi ki,dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərə tövsiyələrini verərək bildirdi ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
DQİDK-nın ekspertizası şöbəsinin məsləhətçisi Şəhriyar İsmiyev çıxışında dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs etdi. Natiq, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin  müdiri  Cavanşir   Bəhrəmov  öz  çıxışında vurğuladı  ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir. 
Beylqan rayon İmamverdilər kənd inzibati ərazi  üzrə nümayəndəsi Şakir Abdullayev və məktəbin direktoru  Nəzakət  Şirinova   öz  çıxışlarında  ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdılar. Çıxış edən natiqlər, gənclərin elmə, təhsilə yiyələnməsinin vacibliyini vurğulayaraq,  zərərli vərdişlərdən uzaq durmağa, habelə onları radikal dini cərəyanlara qoşulmamağa çağırıblar.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.

calendar 18-12-2018, 18:18 eye 1 210 eye Paylaş