Xırdalan şəhərindəki Heydər Əliyev parkında Azərbaycan Nəşriyyatları Assosiasiyası, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan II Xırdalan Kitab Sərgisində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun stendi qonaqlar və ziyarətçilər tərəfindən maraqla qarşılanır. Qeyd edək ki, Fondun maliyyə dəstəyilə nəşr edilən ədəbiyyatlar sərgidə nümayiş etdirilir və pulsuz paylanılır. Sərgi iyun ayının 4-dək davam edəcəkdir.