"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş Ənvər Çingizoğlunun müəllifi olduğu "Qarabağ ruhaniləri" adlı kitabın təqdimatı keçirilib

Mayın 12-də yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi, "Qızıl Qələm" mükafatı laureatı Ənvər Çingizoğlunun müəllifi olduğu və  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə çap edilən "Qarabağ ruhaniləri" adlı kitabın təqdimatı baş tutub. Tədbirdə  Mənəvi Dəyərlərin Təbliği Fondunun  icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Xalq qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı,  Şuşa nəşriyyatının direktoru Vasif Quliyev, müstəqil jurnalist Mübariz Süleymanlı, Xalq qəzetinin müxbiri İttifaq Mirzəbəyli, Əməkdar jurnalist Tahir Talıblı, mətbuat nümayəndələri, tədqiqatçılar, yazıçının qələm dostları və ailə üzvləri iştirak ediblər.
Çıxış edən natiqlər Ənvər Çingizoğlunun yaradıcılığı barədə geniş söhbət açıblar, onunla bağlı öz xatirələrini bölüşüblər və çap edilən kitab barəsində fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Xatırladaq ki, kitab Ənvər Çingizoğlunun vəfatından sonra nəşr edilib.

calendar 12-05-2023, 15:28 eye 269 eye Paylaş